Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün bağlanış mərasimində deyib.
Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.