Home Cəmiyyət Azərbaycanda 2 422 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

Azərbaycanda 2 422 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

229
0
SHARE

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 422 yeni yoluxma faktı qeydə alınıb, 2 181 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 560 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 522 431 nəfər müalicə olunaraq sağalıb, 7 445 nəfər vəfat edib, aktiv xəstə sayı 30 977 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 807, ötən müddət ərzində isə ümumilikdə 5 360 316 test aparılıb.