Uşaqların dünyagörüşünün formalaşmasına təsir edən faktorlardan biri də məhz cizgi filmləridir.
Psixoloq Gülər Məmmədova bildirib ki, cizgi filmlərini seçərkən uşaqların yaş həddi nəzərə alınmalıdır: “Müəyyən yaş dövrü var ki, uşaqlar cizgi filmlərinə daha tələbkar olur. Uşağın yaşı çox önəmli məsələdir.
Uşaqların televizora olan maraqları müəyyən saat çərçivəsində məhdudlaşdırılmalıdır. Uşaqlara ciddi nəzarət olunmalı, baxdığı cizgi filmlərin formatı da müəyyən edilməlidir. Çünki cizgi filmlərin hamısı uşaqlar üçün nəzərdə tutulmayıb.
Valideynlər uşaqların izləməsi üçün cizgi filmi seçərkən ehtiyatlı olsunlar. Cizgi filmlərində zorakılıq və aqressiya əlamətləri, uşaqların əqli geriləməsinə səbəb olacaq məqamlara diqqət edilməlidir. Cizgi filmlərinin məzmunu əyləncəli, maarifləndirici olmalıdır. Həmin filmlərin qəhrəmanları müsbət xarakterli personajlar olmalıdır. Çünki məktəbəqədər uşaqlar təqlidi sevir.”