Home Cəmiyyət Türkiyə İranla “3+3” formatında əməkdaşlıqda maraqlıdır – Çavuşoğlu

Türkiyə İranla “3+3” formatında əməkdaşlıqda maraqlıdır – Çavuşoğlu

253
0
SHARE

Türkiyə “3+3” formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiya) İranla əməkdaşlıqda maraqlıdır.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi birgə mətbuat konfransında deyib.

M.Çavuşoğlunun sözlərinə görə, bu gün həmçinin Cənubi Qafqazda stabillik haqqında müzakirələr aparılıb.

O, əlavə edib ki, Türkiyə İranla ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək istəyir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri çərçivəsində iki ölkənin əməkdaşlıqları üzrə yol xəritəsi sənədi imzalanacaq”, – deyə nazir bildirib.