Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 15 noyabr İrana rəsmi səfər edəcək.
Türkiyə Xarici İşlər Nazirliyi bildirir ki, səfər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə baş tutacaq.
Qeyd edilir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirəsi, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.