Home Cəmiyyət Deputat Ramin Məmmədov beynəlxalq arenada Ermənistanın Azərbaycana qarşı ekoloji terroru haqqında çıxış...

Deputat Ramin Məmmədov beynəlxalq arenada Ermənistanın Azərbaycana qarşı ekoloji terroru haqqında çıxış etmişdir

332
0
SHARE

Noyabr ayının 16-da Kambocia Krallığının paytaxtı Phnom Penh şəhərində “COVID-19-la mübarizə dövründə Sülh və dayanıqlı inkişaf üçün parlamentlərarası əməkdaşlığın gücləndirilməsi mövzusunda” Asiya-Avropa Parlamentlərarası Əməkdaşlıq platforması çərçivəsində 11-ci görüş keçirilmişdir. Görüşdə Cambocia Krallığının Baş Naziri Hun Sen, Avropa Parlamentinin Vitse-prezidenti Heidi Hautala, Tailand, Laos, Rumıniya, Bangladeş, Vyetnam parlamentlərinin rəhbərləri, Almaniya, Avstriya, Avstraliya, Belçika, Brunei, Çin, Kİpr, Finlandiya, Yunanıstan, Macarıstan, İndoneziya, İrlandiya, İtaliya,Qazaxıstan, Koreya, Malayziya, Norveç, Filippin, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, İsveç, və digər ölkələri təmsil edən parlament üzvləri iştirak edirdilər.

Azərbaycan Respublikası Milli Məclisin deputatı Ramin Məmmədov “İqlim dəyişikliyinin həyatımıza tasiri və nəticələri ” adlı panel müzakirələrində iştirak etmiş, Ermənistanın 30 il ərzində ardığı ekoloji terror, təbii sərvətlərin qanunsuz istismarı və bu əməllərin nəticələri haqqında çıxış etmişdir. Deputat qeyd etmişdir ki, 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən və Dağlıq Qarabağ bölgəsi və ərazi bütövlüyünün bərpasından sonra, işğal illəri ərzində həyat fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən ekoloji sahədə Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanıldı. Azərbaycan artıq bəyan edib ki, beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsini tələb edəcəkdir.