Home Cəmiyyət BAMF-da Azərbaycanın ilk “3Zero” klub üzvləri ilə görüş keçirilib – FOTOLAR

BAMF-da Azərbaycanın ilk “3Zero” klub üzvləri ilə görüş keçirilib – FOTOLAR

314
0
SHARE

Noyabrın 24-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində UNEC, ADA və Xəzər Universitetinin “3Zero” klub üzvləri ilə görüş keçirilib.

İlk dəfə baş tutan görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyev də iştirak edib. O, klub üzvləri ilə tanışlıqdan sonra təşkilat tərəfindən hər zaman gənclərə dəstək göstərildiyini bildirib və bunun BAMF-ın əsas prinsiplərindən biri olduğunu vurğulayıb.

“3Zero” klubunun əsas simaları olan Xudaverdi Quliyev, Con Ayomide Aroqun və Mədinə Vəliyeva fəaliyyətləri və görüləcək işlərlə bağlı çıxış ediblər. Onlar qeyd ediblər ki, tədbirin əsas məqsədi klubların hədəflərini müəyyən etmək və birgə fəaliyyət aparılması üçün əlaqələri genişləndirməkdir.

Qeyd edək ki, BAMF Prezidenti Umud Mirzəyevin şəxsi dostu, Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunusun ideyaları əsasında yaradılan “3Zero” klubu üç sıfırdan (“000” – red.) ibarət olan dünya yaratmaq düşüncəsini qloballaşdırır. Azərbaycanda bu klubların yaradılması BAMF-ın dəstəyi ilə həyata keçirilib.

Tədbirin sonunda klub üzvləri ilə xatirə fotosu çəkilib.

1

1

1

1

1

1