Home Cəmiyyət Conson və Makron La-Manşda qeyri-qanuni miqrasiya ilə daha fəal mübarizə aparacaq

Conson və Makron La-Manşda qeyri-qanuni miqrasiya ilə daha fəal mübarizə aparacaq

20
0
SHARE

Böyük Britaniya və Fransa liderləri miqrantların La-Manş boğazını qeyri-qanuni keçməsi probleminin həlli üçün daha fəal işləməyə razılaşıblar.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun dəftərxanasının Fransa prezidenti Emmanuel Makronla telefon danışığından sonra yaydığı bəyanatda deyilir.

Telefon danışığı zamanı bu ölümcül keçidlərinin qarşısını almaq üçün birgə səyləri gücləndirməyə ehtiyac olduğu vurğulanıb, insanların həyatını təhlükəyə atmaqda məsul olan dəstələri dayandırmaq üçün lazımi tədbirlərin görülməsi razılaşdırılıb.

Tərəflər, həmçinin insanlar Fransa sahillərinə çatmazdan əvvəl problemi effektiv şəkildə həll etmək məqsədi ilə, qonşu Belçika və Hollandiya ilə, eləcə də qitədəki tərəfdaşlarla sıx işləməyin vacibliyini qeyd ediblər.