Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya Prezidenti: Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır

Rusiya Prezidenti: Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır

247
0
SHARE

Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiya sülhməramlıları da müsbət rol oynayırlar.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə görüşü zamanı bildirib.

Rusiya Prezidenti deyib: “Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir”.