Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsi başda olmaqla, Türkiyə və Türkmənistanın maraqlarına xidmət edən mühüm layihələri dəstəkləyəcəyik.
Bu barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşündən sonra yayılan birgə bəyanatda qeyd olunub.
Türkiyə Prezidenti bildirib ki, Türkiyə və Türkmənistan Xəzər dənizindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi üzərindəki layihələri dəstəkləməyə davam edəcək.