Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtər rayonunda minatəmizləmə işləri ilə tanış olub.
Bu barədə o, “Twitter” hesabında paylaşım edib.
“Böyük Britaniyanın RPS şirkətinin minatəmizləmə işlərində ANAMA-ya dəstək verdiyini görmək üçün Tərtərə gözəl səfər etdim və cəsur azərbaycanlı mina təmizləyənlərlə görüşməkdən şərəf duydum”, – deyə paylaşımda bildirilib.