Rusiyanın Azərbaycandakı səfirliyi ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.
Trend-in məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində yazılıb.
“Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq! Allah rəhmət eləsin!” – səfirliyin açıqlamasında deyilir.
Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.