Home Biznes və iqtisadiyyat xəbərləri 30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəy bildirsin...

30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəy bildirsin – Hikmət Hacıyev (FOTO)

294
0
SHARE

30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə qarşı öz rəyini bildirsin.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın işağldan azad edilən ərazilərində mədəni irsi dağıdılıb, məhv edilib.

“Biz orada sistematik olaraq mədəni irsimizin dağıdılması halları ilə rastlaşırdıq və biz artıq 30 ildir gözləyirdik ki, UNESCO oraya səfər təşkil etsin, mədəni irsimizə törədilənlərə qarşı öz rəyini bildirsin”.

Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.