Home Cəmiyyət Millət vəkili Azər Kərimli Azərbaycana qarşı qərəzli düzəlişin qarşısının alınmasına nail oldu

Millət vəkili Azər Kərimli Azərbaycana qarşı qərəzli düzəlişin qarşısının alınmasına nail oldu

279
0
SHARE

Büro iclasının gündəliyində Şərq Tərəfdaşlığı Sammitində səslənəcək Avronest PA-nın büro mesajının məzmunu da müzakirəyə qoyulmuşdur. Həmin büro mesajına Ermənistan nümayəndə heyəti tərəfindən təklif olunan düzəlişlərdən biri, reallığa, Azərbaycanın mövqeyinə, habelə 26 noyabr 2021-ci il tarixində Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanatla ziddiyyət təşkil edirdi. Bu səbəbdən Azərbaycana qarşı qərəzli düzəlişin büro mesajının mətninə salınmasına Millət vəkili Azər Kərimli etiraz bildirmiş və nəticədə Ermənistan nümayəndə heyətinin mübahisələri və israrlarına baxmayaraq həmin düzəlişin mətnə daxil olunmamasına nail olmuşdur. Mətnin son variantı yazılı olaraq səs verməyə qoyulacaq.

Bundan əlavə iclas zamanı, Millət vəkili 27 sentyabr tarixində keçirilən son büro iclasından sonra Azərbaycanda baş verən mühüm hadisələrdən – 26 oktyabr tarixində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda bəhs edilən Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması, bu 124 km-lik yolun işğaldan azad edilmiş torpaqların bərpası və regionda davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımın olması; noyabrın 8-də Azərbaycanda Qələbə gününün – İkinci Qarabağ müharibəsinin başa çatmasının, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasının və ən nəhayət, Ermənistanla 30 il ərzində davam edən münaqişənin həllinin birinci ildönümünün qeyd edilməsi; 26 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Soçi şəhərində Azərbaycan və Ermənistan arasında vəziyyəti daha da sabitləşdirmək üçün imzalanan yeni üçtərəfli bəyanat barədə büro üzvlərinə bəhs etmişdir. Sözügedən bəyanatda tərəflərin Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş görülməsi üçün razılığa gəldiklərini də Millət vəkili vurğulamışdır. İclas zamanı büro üzvlərinə həmçinin noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasının keçirilməsi və iclasda 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirakı, Madrid Bəyanatının imzalanması barədə də məlumat verilmişdir.

Deputat saytımıza bildirib ki, noyabr ayının əvvəllərindən başlayan Ermənistanın Azərbaycan sərhədinin geniş hissəsində dəfələrlə hərbi təxribatlara əl atması və noyabrın 16-da bu təxribatların nəticəsində ölkəmizin suveren ərazilərində öz vəzifələrini yerinə yetirən, 7 Azərbaycan hərbçisinin həlak olması və 10 hərbçinin yaralanması barədə də büro üzvlərini məlumatlandırmışdır.