“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən ağır məğlubiyyətə uğradılan işğalçı Ermənistan2020-ci il noyabrın 10-da kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq ötən ilin dekabr ayının 1-dəLaçın rayonuqeyd-şərtsiz boşaldılaraq Azərbaycana təhvil verildi. Bununla da bütün dünya Ali Baş Komanımız İlham Əliyevin qətiyyətinin, Dəmir yumruğunun gücünün və Ermənistanın hərbi, siyasi, diplomatikməğlubiyyətinin şahidi oldu”.Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, rəşadətli Azərbaycan Ordusu 1 dekabr 2020-ci ildə Laçın rayonuna daxil olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi: “Laçın rayonunun hərbi-siyasi yolla, qan tökülmədən və bir güllə belə atılmadan işğaldan azad edilməsi müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik hərbi və diplomatik siyasətinin nəticəsidir”.
“Laçın rayonun işğaldan azad olunması tarixi hadisə idi” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, böyük iqtisadi potensiala və zəngin yeraltı, yerüstü sərvətlərə, qiymətli mineral sulara malik Laçın rayonun işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatının inkaşfına öz töhvəsini verəcək: “Həmçinin, dəhliz rolunu oynayan Laçın rayonunun işğaldan azad olunması böyük strateji əhəmiyyətə malikdir. Sirr deyil ki, cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş digər rayonlarla yanaşı Laçın rayonuna da dəfələrlə səfər edib. Ölkə başçımızın rəhbərliyi və şəxsi nəzarəti altında Laçın rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Əminliklə demək olar ki, qurucu Lider İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sürətli bərpa və quruculuq işləri nəticəsində, qısa zamanda Laçın rayonu dünyanın ən dilbər guşələrinin birinə çevriləcək”.