Home Biznes və iqtisadiyyat xəbərləri Deputat Arzu Nağıyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.14-cü maddəsinə edilən...

Deputat Arzu Nağıyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.14-cü maddəsinə edilən dəyişikliyi şərh edib

899
0
SHARE

Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının 3 dekabr 2021-ci il tarixində keçirilən plenar iclasında “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Plenar iclas zamanı Milli Məclisin deputatı Arzu Nağıyev çıxış edib.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.14-cü maddəsinə edilən dəyişikliyi şərh edən deputat Arzu Nağıyev bildirib ki, layihəyə görə, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Fikir mübadiləsindən sonra “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda qəbul edilib.