Dekabrın 8-də Gürcüstan Milli Muzeyində ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərginin rəsmi açılış mərasimi keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə parlamentin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev iştirak edəcək.
Gürcüstan Milli Muzeyinin əsas zalında təşkil edilən sərgi dekabrın 15-dək ziyarətçilərə açıq olacaq.