Home Biznes və iqtisadiyyat xəbərləri Elnur Məmmədov Ermənistanın saxlanılanlara bağlı iddialarını şərh edib

Elnur Məmmədov Ermənistanın saxlanılanlara bağlı iddialarını şərh edib

247
0
SHARE

Ermənistan Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı məsələdə Azərbaycana qarşı siyasi xal qazana bilmədi.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov brifinqdə deyib.

Nazir müavini bildirib ki, Ermənistanın məhkəmədə vəsatəti cinayət törətmiş şəxslərin təhvil verilməsi idi.

“Bu da təsadüfi deyil. Ermənistanın siyasi gündəliyində bu şəxslərin qaytarılması əsas məsələdir. Həmin şəxslərin məhz erməni olduğu üçün saxlanıldığını iddia etmişdilər. Tərəfimizdən bu məsələ ilə bağlı faktlar izahlı şəkildə məhkəməyə təqdim edilmişdi. Ermənistan bu məsələdə Azərbaycana qarşı siyasi xal qazana bilmədi. Eyni zamanda məhkəmə Azərbaycanda saxlanılan bütün şəxslərlə hümanist rəftar edilməsini tələb etmişdi. Azərbaycan daim humanizm prinsiplərinə əməl edildiyi ilə bağlı faktları məhkəməyə təqdim edib”, – deyə E.Məmmədov qeyd edib.

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.