Home Biznes və iqtisadiyyat xəbərləri Fuad Muradov “YAŞAT” marafonundan danışıb

Fuad Muradov “YAŞAT” marafonundan danışıb

288
0
SHARE

Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən “YAŞAT” marafonu təşkil etdik və 63 ölkədən soydaşlarımız maddi yardıma qoşuldu.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaşat Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

“Bir milyon manatdan artıq vəsait toplandı və “YAŞAT” Fonduna köçürüldü. Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplanmışdı. ABŞ-dan isə 200 min dollar ianə toplanılmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd Dermaton cərrahi aparatı, 92 ədəd İlizarov aparatı və 566 əlil arabası göndərilmişdi,” -deyə komitə sədri bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub.