Home Biznes və iqtisadiyyat xəbərləri Gənclərin inkişafı ilə bağlı bir neçə layihə üzərində çalışırıq – Fərid Qayıbov

Gənclərin inkişafı ilə bağlı bir neçə layihə üzərində çalışırıq – Fərid Qayıbov

79
0
SHARE

Hazırda gənclərin inkişafı ilə bağlı bir neçə layihənin üzərində çalışırıq.

Bunu gənclər və idman naziri Fərid Qayıbov “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

Nazir bildirib ki, əmək bazarında şərait mütəmadi olaraq dəyişir:

“Misal üçün pandemiya əmək bazarında vəziyyəti xeyli dəyişdirdi. Bu baxımdan gənclər üçün əlavə dəstək mexanizminin yaradılmasına ehtiyac var. Gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl işlər görə bilərik. Hazırda gənclərin inkişafı ilə bağlı bir neçə layihənin üzərində çalışırıq”, – deyə F.Qayıbov bildirib.