Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir

Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir

248
0
SHARE

Rusiya Türkiyəyə S-400 zenit-raket komplekslərinin əlavə partiyasını göndərmək niyyətindədir.

Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın Antenna (ANT1) telekanalına müsahibəsində bildirib.

Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı suala Peskov belə cavab verib: “Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və buna ümid edirik. Biz buna ümid edirik ki, bəli”.