Home Biznes və iqtisadiyyat xəbərləri Sədaqət Vəliyeva: Zəfər paradı xalqımızın tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi

Sədaqət Vəliyeva: Zəfər paradı xalqımızın tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi

257
0
SHARE

“Bir il öncə bu gün – dekabrın 10-da Vətən müharibəsində Azərbaycanın Qələbəsi şərəfinə keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etmişdi. Zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazıldı və Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisəyəçevrildi. “Azadlıq” meydanında keçirilən Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın rəzilliyini bütün dünyaya nümayiş etdirdi. Çünki həmin vaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Yerevanda 44 günlük müharibədə məhv edilmiş erməni hərbçilərinin ailələrinin etiraz aksiyaları fonunda keçirilirdi. Məhz bu faktor da Ermənistanın məğlub, rəzil damğasına ilə yaşayacağına siyasi işarə idi”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir: “Reallıq ondan ibarətdir ki, Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək, hətta işğal altında olan torpaqlarımızı hər an azad etmək qüdrətinə malik olduğunu sübut etdi. Məhz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan rəşadətli ordumuz düşməni diz çökdürdü, şanlı tarix yazdı. Dekabrın 10-da keçirilən Zəfər paradı qələbə sevincimizin tərkib hissəsinə çevrildi. Müzəffər ordumuz “Azadlıq” meydanında qürurla addımladı. Azərbaycan əsgəri böyük ruh yüksəkliyi ilə bu paradda keçid etdi və Zəfər paradı tariximizə qızıl hərflərlə yazıldı. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər isə Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Azərbaycan Ordusu 44 gündə etdi”.

Sədaqət Vəliyeva əlavə edib ki, Zəfər paradı nə qədər azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvoludursa, bir o qədər də ermənilər üçün məblubiyyət, rəzillik amili olaraq yaddaşlarda qalacaq.