Qarabağda, Xocalıda Azərbaycanın günahsız insanları öldürüldüyü halda, elə təqdimat edilirdi ki, guya ermənilər savaşdan əziyyət çəkən bir millətdir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İstanbulda keçirilən 21-ci Beynəlxalq Strateji Rabitə Sammitində deyib.
“Biz Qarabağ münaqişəsinin ilk günlərindən bu yalanların fonunda belə problemlərlə üzləşərək uzunmüddətli bir yola çıxdıq. Ona görə də Ermənistanın Azərbaycana qarşı apardığı bu savaş müddətində 30 illik strateji kommunikasiya formalaşdıraraq onu həyata keçirməyə başladıq. Burada əsas amacımız Azərbaycan tərəfindən həyata keçirilən bütün siyasətin və dünyaya təqdim olunan mesajların koordinasiyalı bir şəkildə çatdırılması çox idi”, – deyə H.Hacıyev vurğulayıb.