Home Biznes və iqtisadiyyat xəbərləri Tahir Budaqov “YAP üzvlüyündən çıxarılanlar var, lakin məhdud saydadır”

Tahir Budaqov “YAP üzvlüyündən çıxarılanlar var, lakin məhdud saydadır”

191
0
SHARE

“Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin siyahısnın dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb”.

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bununla bağlı təmailə yeni elektron sistem bazası qurulur: “Müxtəlif dövlət qurumları ilə birgə işlər görürülür. Asan Xidmət vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, həm qeydiyyat yeri, həm də onların miqrasiya prosesləri il əlaqədar işlər aparılır”.

T.Budaqov vurğulayıb ki, YAP-ın üzvlüyünə daim yeni qəbul olunanlar var: “Təbii ki, gənclərin müraciəti çoxluq təşkil edir. Partiyanın üzvlüyündən çıxarılanlar var, lakin bu çox məhdud saydadır. Vəfat edənlər də olur. Müxtəlif səbəblərdən partiya uçotunda müvafiq dəqiqləşdirilmələr aparılır. Son statisktikaya əsasən YAP-ın 800 minə yaxın üzvü var”.