Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzvlər qəbul olunur. Hazırda YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb.
Bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
T.Budaqov bildirib ki, YAP-a üzv olmaq istəyənlərin arasında gənclər çoxluq təşkil edir:
“Partiyanın üzvlüyündən çıxarılanlar var, lakin bu çox məhdud saydadır. Vəfat edənlər də olur. Müxtəlif səbəblərdən partiya uçotunda müvafiq dəqiqləşdirilmələr aparılır. Son statistikaya əsasən, YAP-ın 800 minə yaxın üzvü var”.