Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Hər tərəf minalanıb, dağıdılıb, amma bir Avropa təşkilatı Ermənistanı...

Prezident İlham Əliyev: Hər tərəf minalanıb, dağıdılıb, amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı?

1248
0
SHARE

Hər tərəf minalanıb. Müharibə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst olub, əlil olub. Amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı? Yox!

Bunu Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Ağdam şəhəri nə gündədir, siz də görmüsünüz. İndi bütün dünya bunu görür. Artıq minlərlə insan – siyasətçi, deputat, ictimai xadim, jurnalist, xarici vətəndaş Ağdamda olub və bu dağıntıları görüb. Müharibənin başa çatmasından bir ildən çox vaxt keçir. İndi baxın, bir Avropa təşkilatı bu müsibət, bu fəlakət, bu faşizmlə bağlı bir söz deyib? Yox! Görməzliyə vururlar, sanki bu, heç olmayıb. İndi Ağdam şəhəri yoxdur, tamamilə dağıdılıb, talan edilib və hər tərəf minalanıb. Müharibə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst olub, əlil olub. Amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı? Yox! İşğal dövründə etnik təmizləməyə görə, Xocalı soyqırımına görə bir Avropa təşkilatı Ermənistanı qınayıbmı? Yox! Həqiqət budur, reallıq budur və əlbəttə ki, biz bu reallığı nəzərə almalıyıq, amma heç vaxt barışmamlıyıq. Necə ki, işğalla barışmamışdıq, ədalətsizliklə barışmamışdıq. Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib”.