Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan beynəlxalq sənədə Ermənistana görə xüsusi qeyd-şərtlə qoşulub

Azərbaycan beynəlxalq sənədə Ermənistana görə xüsusi qeyd-şərtlə qoşulub

216
0
SHARE

Azərbaycan daha iki beynəlxalq sənədə qoşulub.

Milli Məclisin bu gün keçirilən iclasında “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.

Sənədlər haqqında məlumat verən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, iki komitənin birgə iclasının gündəliyinə çıxarılan məsələ əqli mülkiyyət hüququnun qorunması və mühafizəsi sahəsində əməkdaşlıq üzrə sazişlərin ratifikasiyası ilə əlaqədardır. Sazişlərin spesifikliyindən danışan birinci vitse-spiker diqqətə çatdırıb ki, sənəddə sahə əməkdaşlıq orqanının yaradılması nəzərdə tutulub: “Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir”, – deyə Ə.Hüseynli bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfi sənədə müəyyən qeyd-şərtlə qoşulur. Azərbaycanın indiyədək beynəlxalq sənədləri imzalayarkən Ermənistanın torpaqlarımızı işğalı faktını xüsusi qeyd-şərt kimi irəli sürməsinin siyasi-hüquqi və tarixi əhəmiyyətini vurğulayan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hazırda təqdim olunan qeyd-şərtin ərazi bütövlüyü məsələsi ilə deyil, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı olduğunu bildirib.