İl ərzində qeyri-neft sektorunda ixracda 45 faiz artım müşahidə olunur.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda deyib.
“Eyni zamanda 9 aylıq rəqəmlərə baxdıqda ixracd 2019-cu ilin göstəricilərinə yaxınlaşdığımızı görürük”, – deyə o bildirib.
Y.Abdullayev qeyd edib ki, Forumun keçirilməsində məqsəd qeyri-neft ixracını artırmaq və birbaşa xarici investisiyaları Azərbaycana cəlb etməkdir.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Foruku 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.