Home Biznes və iqtisadiyyat xəbərləri Media terminatorlarına qarşı milli düşüncəli jurnalistlər: gələcək ikincilərin olmalıdır

Media terminatorlarına qarşı milli düşüncəli jurnalistlər: gələcək ikincilərin olmalıdır

211
0
SHARE

Media haqqında qanun layihəsi tam mətndə ictimaiyyətin diqqətinətəqdim olunanadək özünə media sahəsinin hüquq müdafiəçilərideyənlər, “youtube”də, “facebook”da baxış, “like” arxasındaqaçanlar sözün əsl mənasında ağızlarına gələni danışırdılar. Xüsusilə , Sevinc Osmanqızı, Qənimət Zahid, Emin Hüseynov başqaları hələ qanun layihəsinin preambulasını görməmiş ABŞ-dan, Fransadan ultimatumlar səsləndirir, qara yaxırdılar. Sanki düyməvahid mərkəzdən basılmışdı. Görülən mənzərə o idi ki, Kozlariçkimilərdən maliyyələşənlər Human Rights Watch, Freedom House, RATİ hesabatlarınatutarlıdəlillər əlavə etmək üçün məqsədlianti-təbliğat kampaniyası qururdular.

Lakin qanun layihəsi tam mətndə ictimaiyyətin diqqətinə təqdimolunduqdan sonra bəlli oldu ki, uzun müddətdir aparılan qara piarsadəcə blef imiş. Qanun layihəsi ilə tanış olanlar əmin oldular ki, iddia olunanların əksinə olaraq, jurnalistlərin Media Reyestrinədaxil edilməsi könüllü xarakter daşıyır, agentlik tərəfindən verilənjurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərəbilər, eyni zamanda, media subyektləri onlarla işləyən jurnalistlərəözlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Eləcə qanun sosial şəbəkələrin blogger”lərin fəaliyyətini tənzimləmir. Xüsusilə , İnternet televiziyaların lisenziya almaq üçün müraciətetməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

Yəni, bundan sonra da Azərbaycanda dövlət çevrilişlərinə, itaətsizliyə, terrora çağırış edən Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, dövlət başçısından tutmuş sadə vətəndaşlara qədər hərkəsin ünvanına küçə sözləri, təhqirlər yağdıran Məhəmməd Mirzəli, Orxan Ağayev, Manaf Cəlilov, Elşad Məmmədov, Vidadiİsgəndərli, mina partlayışı zamanı şəhid olmuş jurnalistlərəzurnalistdeyən Dilarə Miriyeva, atası narkotik tranzitinə görəhəbs edilmiş Təzəxan Mirələmli, anasını döydüyü üçün polis idarələrində izahatlar yazan Fatimə Mövlanlı, sifarişlə işləyənMehman Hüseynov kimilər fəaliyyətlərinə davam edə biləcəklər. Onlar əllərində telefon, yaxud kamera qarşısında təxribat əməllərinədavam edəcəklər. Yenə polis idarələri, məhkəmələr qarşısındaşou göstərəcəklər, saxta məlumatları dövriyyəyə buraxacaqlar. Birsözlə, adları çəkilənlərçörəkpulumənbələrinin tapşırıqlarını rahatşəkildə yerinə yetirəcəklər. Yəni, təqdim olunan qanun layihəsionlara ənənəvi fəaliyyətlərini qadağan etmir.

Belə olan halda isə əsas vəzifə sağlam, milli düşüncəli jurnalistlərinüzərinə düşəcək. Çünki radikalları obyektivliyə, vicdanlılığa dəvətetmək əbəssdir, əlavə zaman itkisidir. Bu mənada yalnızAzərbaycan dövlətinin xalqının milli maraqlarına uyğun fəaliyyətgöstərən jurnalistlər adları çəkilən media terminatorlarınıntəxribatlarını neytrallaşdırmalı, ictimaiyyəti dəqiq, qərəzsizməlumatlarla təmin etməlidirlər. Burada müvafiq dövlətqurumlarının da üzərinə düşəcək ki, onlar da yalnış məlumatızamanı keçməmiş təkzib etməli, həqiqəti cəmiyyətə təqdimetməlidir. Yəni, dezinformasiya cəbhəsinin darmadağın edilməsinəçalışılmalıdır.

Beləliklə , ortaya çıxan məntiq onu göstərir ki, sözügedən qanunlayihəsi qadağanedici deyil, tənzimləyici xarakterlidir. Qanunlayihəsi daha çox jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasınatəkan verəcək, müəlliflik hüquqlarının qorunmasını təmin edəcək, mediaya dair vahid məlumat bazasının yaradılmasına imkanverəcək, informasiya mühitinin milliləşdirilməsini, daxiliinformasiya məkanının təhlükəsizliyini təmin edəcək. Əminliklədemək olar ki, “Media haqqındaAzərbaycan Respublikası Qanunutamamilə demokratikdir, müasir dövrün tələblərinə cavab verir

Ramil Vəlibəyov,

YAP Nizami rayon təşkilatının sədri