Home Biznes və iqtisadiyyat xəbərləri Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı artıra bilər – Agentlik...

Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı artıra bilər – Agentlik sədri

219
0
SHARE

Turizm sektorunda lisenziya və icazələrin ləğvi iqtisadi fəallığı artıra bilər.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisdə “Turizm haqqında” yeni qanun layihəsinin müzkirəsi zaman deyib.

O qeyd edib ki, turizm sektorunda çatışmazlıqlardan biri də ondan ibarətdir ki,
bəzi hallarda turizm şirkətləri müqavilə öhdəliklərini tam yerinə yetirmir və nəticədə xidmətlərin göstərilməsində problemlər meydana çıxır.

Agentlik sədri əlavə edib ki, bələdçilərin də göstərdiyi xidmətlər o qədər yüksək deyil. “Bu baxımdan bu məsələ ilə bağlı hüquqi normativ sənədlərin qəbuluna ehtiyac var”, – F.Nağıyev deyib.