Home Biznes və iqtisadiyyat xəbərləri “Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır”- Millət vəkili

“Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır”- Millət vəkili

217
0
SHARE

“Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində təcavüzkar Ermənistan dövləti üzərində parlaq qələbə əldə etdi və erməni silahlı birləşmələri Azərbaycan torpaqlarından qovuldu.  Uzun illər torpaqlarımızın düşmən tapdağı altında olmasına, şəhər və kəndlərimizin viran edilməsinə baxmayaraq müharibədən sonra Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev bir daha sülhün, əmin-amanlığın qarşılıqlı əməkdaşlığın, mehriban qonşluğun tərəfdarı olduğunu nümayiş etdirdi və Ermənistanla sülhə gəlməyin vacibliyini dəfələrlə öz çıxışlarında bildirdi”.

Bu sözləri tan.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, postmüharibə dövründə həyata keçirilən çağırışlar bir daha göstərdi ki, Azərbaycan dövlətinin heç bir dövlətin torpağında gözü yoxdur və  sadəcə sərhədlərin dəqiqləşdirilməsini gündəmdə saxlayır, bunun üçün isə lazımi tədbirlər görülür:

“Bu gün işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi, sərhədlərin delimitasiyası, kommunikasiya və nəqliyyat xətlərinin açılması qarşıda duran ən vacib məsələdir. Bu 10 noyabr üçtərəfli bəyanatda öz əksini tapıb və Azərbaycan Prezidenti də  bu məsələlərin həlli üçün beynəlxalq tribunalardan öz fikirlərini qətiyyətlə səsləndirir. Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti  Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə də sərhədlərin müəyyənləşməsi, kommunikasiya xətlərinin açılması geniş müzakirə olunub və lazımi razılıq əldə edilib.Hal- hazırda Qarabağda sürətli bərpa-quruculuq işləri aparılır. Ona görə də qısa zamanda Azərbaycan torpaqları minalardan təmizlənməlidir və Aİ bu məsələdə Azərbaycana dəstək verdiyini açıq şəkildə bildirib. Bu müzakirələr Azərbaycan dövlətinin xeyrinədir və Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi kimi dəyərləndirilməlidir”.

T.Rzayev hesab edir ki, bu gün Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır:

“Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr, əməli fəaliyyət Avropa İttifaqı tərəfindən izlənilir və müzakirə edilir. Bu baxımdan Azərbaycan Aİ üçün cəlbedici ölkədir. İlk növbədə Azərbaycan Prezidentinin demokratiya, sülh, qarşılıqlı əməkdaşlıq çağırışlarına beynəlxalq təşkilatlar eləcə də Aİ dəyər verir və Azərbaycanın haqq işinə tərəfdar çıxır. Çünki beynəlxalq auditoriya da reallıqları və Azərbaycanın apardığı haqq-ədalət mübarizəsinin dünya ölkələri üçün də vacibliyini dərk edir.  Brüsseldə keçirilən görüşdə müzakirə edilən məsələlər onu deməyə əsas verir ki, artıq gündəmdə problemlər tez bir zamanda öz həllini tapacaq”.