Sizə qaz böhranı keçirdiyimiz müddətdə bizə dəstək olduğunuza görə minnətdarlığımı bildirmək istəyirəm.
Bunu Moldova Respublikasının Prezidenti Maya Sandu Brüsseldə Prezident İlham Əliyevlə görüşü zamanı deyib.
Moldova dövlət başçısı bildirib:
“Biz potensial həlləri araşdıra bilərdik. Sonda biz qısamüddətli həll yolunu tapdıq. Lakin biz enerji sektorunda əməkdaşlığımızı müzakirə etmək istəyirik. Əlbəttə ki, biz biznes baxımından əməkdaşlığımızın dərinləşdirilməsi, fikir mübadiləsinin aparılması üçün imkanları araşdırmaqda həmişə maraqlıyıq. Biz Moldovada biznes mühitinin yaxşılaşdırılmasında çox maraqlıyıq. Biz insanlarımız üçün daha çox iş yerləri yaratmaq istəyirik. Biz xaric investorların cəlb edilməsində və istənilən digər ölkələr kimi yeni bazarların tədqiqində maraqlıyıq. Beləliklə, mən təmasların yaradılması və biznes forumlarını təşkil etməklə biznesmenlərimizə bir-biri ilə ünsiyyət yaratmağa kömək imkanını görürəm ki, hər iki ölkənin vətəndaşlarına kömək edə bilək”