Home Biznes və iqtisadiyyat xəbərləri Ermənistan Zəngəzur dəhlizi ilə maneəsiz keçidi təmin etməlidir – Şahin Mustafayev

Ermənistan Zəngəzur dəhlizi ilə maneəsiz keçidi təmin etməlidir – Şahin Mustafayev

249
0
SHARE

Ermənistan Zəngəzur dəhlizi ilə maneəsiz keçidi təmin etməlidir.

Bunu bu gün baş nazirin müavini Şahin Mustafayev Bakıda “Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri” adlı konfrans zamanı deyib.

“Prezident İlham Əliyevin bildirdiyi kimi, Zəngəzur dəhlizi Laçın dəhlizi ilə analoji şəkildə fəaliyyət göstərməlidir. Üçtərəfli bəyanatlarda açıq şəkildə deyilir ki, Azərbaycan Laçın dəhlizi ilə təhlükəsiz keçidi təmin edir və Ermənistanda bizə Zəngəzur dəhlizi ilə bu cür maneəsiz keçidi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük məntəqələri yoxdur. Bu cür hal Zəngəzur dəhlizində də olmalıdır. Əgər onlar Zəngəzur dəhlizi ilə daşımalara nəzarət üçün gömrük məntəqələrinin quraşdırılmasını təkid etsələr, biz də Laçın dəhlizində analoji şərtləri tələb edəcəyik”, – deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan birgə bəyanatların bütün müddəalarının tam icrasına sadiqdir.

“Azərbaycan sülh müqaviləsinin imzalanmasına, dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində sərhədin demarkasiyasına, regionda nəqliyyat əlaqələrinin açılmasına başlamağı təklif edir. Bizim danışıqlarda mövqeyimiz konstruktivdir və qarşılıqlılıq prinsipinə əsaslanır” – Ş.Mustafayev deyib.

(Tərcümə: Orxan Nəbiyev)