Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilib

Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilib

1428
0
SHARE

Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti seçilib.

Bu barədə Milli Olimpiya Komitəsi məlumat verib.

Dekabrın 16-da MOK-un onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.

Əvvəlcə MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib. Hesabat-seçki Baş Məclisin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər. İclasda MOK-un Təftiş Komissiyasına üzvlərin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.