Home Biznes və iqtisadiyyat xəbərləri Qətər Azərbaycanla münasibətlərini qoruyub saxlamağa sadiqdir – Səfir

Qətər Azərbaycanla münasibətlərini qoruyub saxlamağa sadiqdir – Səfir

201
0
SHARE

Qətər-Azərbaycan münasibətləri ümumi dəyərlərə, möhkəm dostluq əsaslarına, birgə əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanır və iki ölkə arasında hörmət və qarşılıqlı etimadla möhkəmlənir.

Bu barədə Qətərin fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Həməd Abdullah əl Xinzab bildirib.

Səfir bildirib: “Ölkələrimizin daha da çiçəklənməsinə nail olmaq üçün bütün siyasi, iqtisadi və sosial sahələrdə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında əlaqələr hər iki ölkənin yüksək vəzifəli rəsmiləri tərəfindən böyük maraq doğurur”.

O əlavə edib ki, Qətər siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməklə, ticarət mübadilələrini və hər iki ölkənin şirkətləri üçün investisiya imkanlarını təşviq etməklə Azərbaycanla münasibətlərini qoruyub saxlamaq və perspektivli və firavan gələcəyə doğru irəliləməkdə sadiqdir.