Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya şirkətlərinin Qarabağdakı işlərdə iştirakı ilə bağlı Azərbaycana 13 paket təklif olunub...

Rusiya şirkətlərinin Qarabağdakı işlərdə iştirakı ilə bağlı Azərbaycana 13 paket təklif olunub – Şahin Mustafayev

355
0
SHARE

Bizə Rusiya şirkətlərinin Qarabağda işlərdə iştirakı ilə bağlı 13 paket təklif olunub.

Bunu bu gün baş nazirin müavini Şahin Mustafayev Bakıda “Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri” adlı konfrans zamanı deyib.

O qeyd edib ki, “KamAZ” şirkəti artıq Qarabağda Rusiya layihəsinin reallaşdırılmasının bariz nümunəsini göstərib.

“Bizim regionumuz da digər regionlar kimi bir sıra problemlərlə üzləşib: silahlı münaqişə, pandemiya, enerji böhranı, bu gün isə biz artıq yeni reallıqlarla üz-üzəyik. Rusiya ilə əməkdaşlığımız bütün istiqamətlər üzrə inkişaf edir. Bu gün bizim yeddi yol xəritəmiz var. Bütün yol xəritələri üzrə əməkdaşlıq uğurla davam edir. Ötən il ticarət dövriyyəsi bir qədər azalsa da, gələn il pandemiyaya qədərki göstəricilərə çatacağımıza ümid edirəm. Qarşılıqlı investisiyaların artması üçün yaxşı perspektivlər var. Rusiyanın Azərbaycana investisiyaları 6 milyard dollar təşkil edib ki, bunun 4,5 milyard dolları birbaşa investisiyalar olub. Hazırda investisiyalar üzrə bir sıra layihələr reallaşdırılır”, – Ş.Mustafayev deyib.

(Tərcümə: Orxan Nəbiyev)