Home Biznes və iqtisadiyyat xəbərləri Əhalinin sosial müdafiəsi ilə bağlı sərəncamlar ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır...

Əhalinin sosial müdafiəsi ilə bağlı sərəncamlar ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır (FOTO)

220
0
SHARE

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

Dekabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Babək prospekti 70, Məhəmməd Hadi küçəsi 49 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.

Yığıncaqlarda çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlara imza atıb, adını tarixə qalib ölkə kimi yazıb: “Bu illər ərzində görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi, sosial dövlət, ən islahatçı ölkə kimi tanınır, xalqımız dünyanın ən xoşbəxt xalqları arasında qərarlaşıb. Təbii ki, hər addımda özünə diqqət və qayğının şahidi olan xalqın Prezidentinə sevgisi və inamı sonsuz olacaq. Dövlət başçısı İlham Əliyev atdığı hər bir addımında bu fikri xüsusi qeyd edir ki, dövlət maraqlarından, xalqın iradəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirən amillərdən bəhs edərkən birinci yerdə dövlətin maraqları, ikinci xalqın iradəsi dayanırdı. Məhz 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin nə qədər sarsılmaz olduğunu təsdiqlədi. “Dəmir yumruq” müharibənin rəmzinə çevrildi. Bu, bir tərəfdən Azərbaycanın gücünü, qüdrətini, digər tərəfdən isə birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi. Vətən müharibəsi xalqımızın nə qədər məğrur, yenilməz xalq olduğunu nümayiş etdirdi.”

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün bu birliyə söykənərək işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir: “Bütün işlərin Azərbaycanın öz imkanları hesabına həyata keçirilməsi ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə geniş vüsət alan bərpa və quruculuq işləri ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar da davamlı olması ilə diqqət çəkir. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı 2022-ci ilin yeni sosial paketinə daxil olan sərəncamları ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Qalib Azərbaycanın qalib xalqının 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına saylı günlər qalır. Dövlət başçısı məlum sərəncamları ilə xalqımızın bayram sevincinə ikiqat sevinc əlavə etdi.”

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, atılan bu kimi addımlar Azərbaycan daha xoşbəxt, firavan gələcəyindən xəbər verir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin əsasında saxlayan Yeni Azərbaycan Partiyasının ölkəmizin davamlı inkişafında öz payı vardır.

Sonra hesabat-seçki yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Nabat Rəfiyeva Babək prospekti 70 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Yeganə Sadıqova sədr müavini, Hikmət Həsənov Məhəmməd Hadi küçəsi 49 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Kəmalə Səmədova isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.