Home Biznes və iqtisadiyyat xəbərləri Musa Quliyev: Prezident İlham Əliyevin sosial sahəyə dair sərəncamları ölkəmizdə iqtisadi problemlərin...

Musa Quliyev: Prezident İlham Əliyevin sosial sahəyə dair sərəncamları ölkəmizdə iqtisadi problemlərin minimuma endirilməsinə səbəb olub

250
0
SHARE

Prezident İlham Əliyevin imzaladığı son sərəncamlarla daha 732 min insanın sosial müdafiəsi gücləndirilmiş oldu. Bu məqsədlə dövlət büdcəsindən 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bu fərman və sərəncamlarla bir çox kateqoriyadan olan şəxslərin təqaüdləri, müavinətləri artırılır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlər bütün dünya ölkələrinə öz təsirini göstərdi. Əlbəttə, bu təsir ölkəmizdən də yan keçmədi. Buna baxmayaraq, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı imzaladığı sərəncamlar iqtisadi problemlərin minimuma endirilməsinə kömək oldu. Son 3 ildə əməkhaqlarının 130 manatdan 300 manata qaldırılması da ciddi sosial islahatlardan biridir. Bundan əlavə, hazırda sosial müavinət və pensiya təminatının faizlər səviyyəsində diferensiallaşdırılmasına imkan yaradıldı. Bu dəyişikliklər zərfi qəbul edildikdən sonra “Sosial müavinətlər” və “Əmək pensiyaları” haqqında qanunlarda ciddi dəyişikliklərin olduğu müşahidə edildi.

“Son zamanlar aparılan islahatlar çərçivəsində pensiyaların və müavinətlərin “orqanizmin funksiyalarının pozulma” faizinə uyğun şəkildə artırılması ilə əlilliyi olan şəxslərin sosial müdafiəsini daha ədalətli və etibarlı şəkildə təmin edə biləcəyik”, – deyə deputat fikirlərini yekunlaşdırıb.