Home Biznes və iqtisadiyyat xəbərləri Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpası imkanını təsdiqləyib

Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpası imkanını təsdiqləyib

214
0
SHARE

Noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilmiş görüşlərdən sonra Ermənistanla Azərbaycan arasında avtomobil əlaqəsinin bərpa olunması barədə Azərbaycanla razılıq əldə etmək imkanı yaranıb.

Ermənistan KİV-ləri bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib.

“Biz həm də Azərbaycan Prezidenti İlham Əliyevlə dəmiryol əlaqəsinin bərpa olunması barədə prinsipcə razılıq əldə etmişik”, – deyə N.Paşinyan əlavə edib.