Home Biznes və iqtisadiyyat xəbərləri Türkiyəyə iqtisadi təzyiq iflasa məhkumdur – Ərdoğan

Türkiyəyə iqtisadi təzyiq iflasa məhkumdur – Ərdoğan

239
0
SHARE

Maliyyə manipulyasiyası və süni qiymət artımı yolu ilə Türkiyəni öz məqsədlərinə çatmaqdan əl çəkməyə məcbur etmək cəhdləri uğursuzluğa məhkumdur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair televiziya ilə çıxışında deyib.

Onun sözlərinə görə, valyuta spekulyasiyası, qiymət artımı və faiz məsələlərində təzyiqlər ilə Türkiyəni yoldan çıxara biləcəklərinə inananlar yanılırlar.

Türkiyə Prezidenti həmçinin hökumətin ölkənin maliyyə sisteminin sabitliyini təmin etmək üçün hazırladığı tədbirlərdən danışıb: “Bundan sonra heç bir vətəndaşımız məzənnə artımından ehtiyat edərək əmanətlərini türk lirəsindən xarici valyutaya köçürməyə ehtiyac duymayacaq. Valyuta məzənnələrindəki dalğalanmalara görə qiymət təyin etməkdə çətinlik çəkən Türkiyənin ixracatçı şirkətlərinə birbaşa olaraq Mərkəzi Bank vasitəsilə forvard müqaviləsi əsasında məzənnə təklif ediləcək”.

Prezident Ərdoğan həmçinin şirkətlərin dividend ödəmələrindən tutulan verginin 10 faizədək azaldığını açıqlayıb.

Bununla yanaşı, Türkiyə lideri əhalidən Türkiyə iqtisadiyyatına 280 milyard dollar dəyərində qızıl cəlb edəcək yeni maliyyə alətlərinin hazırlandığını açıqlayıb.