İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər Azərbaycana yola düşüb.
Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
S.Xətibzadənin sözlərinə görə, nazirin səfəri çərçivəsində iki ölkənin rəsmiləri ilə danışıqlar aparılacaq:
“İkitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, həmçinin regional proseslər haqda fikir mübadiləsi aparılacaq”, – deyə o bildirib.