30 ilə yaxın işğal dövründə və 44 günlük müharibədə Bosniya və Hersoqavina Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü, haqlı mövqeyini dəstəkləyib
“Həmçinin son mövcud vəziyyət barəsində həmkarımı məlumatlandırdım. Azərbaycanın postmünaqişə dövrünə ümumi baxışını çatdırdım. Bosniya və Herseqovina da müharibə acısını yaşayıb. Təsadüfi deyil ki, Bosniya və Herseqovina Xocalı qətliamını qınayıb”, – nazir vurğulayıb.
C.Bayramov qeyd edib ki, Birinc Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb. Onların taleyi barədə əməkdaşlıq vacibdir.
“Bu kimi humanitar mövzular da ölkələrimiz arasında əməkdaşlığın bir istiqamətidir. Hazırkı dövrdə dövlətimiz üçün azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi, vətəndaşlarımızın torpaqlarına ləyaqətlə geri dönməsi əsas prioritetlərimizdəndir. Bosniya və Herseqovina bu sahədə dəstəyə hazır olduğunu bildirib”, – C.Bayramov əlavə edib.