Home Biznes və iqtisadiyyat xəbərləri Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiqliyi bərpa işlərini ləngidir – Əli Əsədov

Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiqliyi bərpa işlərini ləngidir – Əli Əsədov

164
0
SHARE

Təəssüf ki, Ermənistanın uzun müddət mina sahələrinin xəritəsini bizə verməkdən imtina etməsi, sonradan təqdim etdiklərinin isə dəqiqlik göstəricisinin 25 faiz həddində, bəzən ondan da az olması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərini xeyli ləngidir.

Bunu Baş nazir Əli Əsədov rəsmi mətbuatda yayımlanan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, bununla belə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həmin iqtisadi rayonlarda iri infrastruktur layihələrinin icrası davam etdirilir, ilk növbədə, yol-nəqliyyət, enerji, su təchizatı şəbəkələri qurulur, ekoloji terrorun nəticələri aradan qaldırılır, “Böyük qayıdış”ın reallaşdırılmasına hazırlıq görülür.

“Bu ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb, gələn ilin büdcəsində də həmin həcmdə vəsait nəzərdə tutulub. Bu gün Azərbaycan təcrübəsində ərazilərin tammiqyaslı bərpasının nadir nümunəsi həyata keçirilir və bütün işlər Strateji Fəaliyyət Planına uyğun olaraq, vahid konsepsiya əsasında aparılır. Qardaş Türkiyə və digər dost dövlətlər Azərbaycana bərpa-quruculuq işlərində böyük dəstək verirlər. “Biz Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik” – cənab Prezidentin bəyan etdiyi məqsəd belədir”” – deyə məqalədə qeyd olunub.