Home Biznes və iqtisadiyyat xəbərləri YAP Qusar rayon təşkilatı tərəfindən “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans...

YAP Qusar rayon təşkilatı tərəfindən “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans keçirilmişdir

201
0
SHARE

23 dekabr tarixində YAP Qusar rayon təşkilatı tərəfindən rayon Heydər Əliyev mərkəzində “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə YAP Qusar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən David İbramxəlilov açmış və son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı layihələrdən söz açmışdır. Konfransda “Yeni dövrün yeni Lideri” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı, ordu quruculuğu, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində fəaliyyəti və 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfər haqqında fikirlərini bölüşmüşdür. Tədbirdə rayon Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurahmanova “İlham Əliyev: Zəfər və qəhrəmanlıq simvolu”, şəhid atası Qahir Zamanov “Şəhid ailələri və qazilərə qayğı İlham Əliyevin fəaliyyətinin əsas prioritetidir”, fəal gənc, Gənclər Birliyinin üzvü Vadim Fərzəliyev “İlham Əliyev-gəncliyin himayədarı” mövzularında çıxış etmişlər Konfransın sonunda videoçarx nümayiş olunmuşdur.