Home Biznes və iqtisadiyyat xəbərləri Milli Məclis Prezident İlham Əliyevi təbrik edib

Milli Məclis Prezident İlham Əliyevi təbrik edib

179
0
SHARE

Milli Məclisin deputatları Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, parlamentin spikeri Sahibə Qafarova bildirib ki, bu gün Milli Məclisin iclası çox əlamətdar bir günə – Prezident İlham Əliyevin ad gününə təsadüf edir.

Spiker bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev Azərbaycana böyük uğurlar qazandırıb:

“Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyada siyasi sabitliyin, qlobal təşəbbüslərin, tolerantlığın məkanı kimi tanınır. Azərbaycan uğurlu dinamik iqtisadi inkişafa nail olub. Prezident İlham Əliyevin liderlik məharəti və gərgin səyləri ilə yaradılan əməkdaşlıq plaftormaları regiona investisiyalarıın cəlbini artırıb. Bu gün inamla həyata keçirilən islahatlar Azərbaycanın davamlı və qətiyyətli inkişafını təmin edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik və diplomatik məharəti nəticəsində Azərbaycan tarixi qələbə qazanaraq öz torpaqlarını işğaldan azad etdi”, – deyə spiker bildirib.

S.Qafarova Prezident İlham Əliyevin ad günü münasibətilə dövlət başçısını təbrik edib və deputatlar adından Prezidentə təbrik məktubu hazrlandığını diqqətə çatdırıb.

Deputatlar təbrik məktubunu alqışlayıblar.