Home Biznes və iqtisadiyyat xəbərləri Sədaqət Vəliyeva: Şəhid ailələri və müharibə əlillərinə qayğı daim Azərbaycan dövlətinin diqqəti...

Sədaqət Vəliyeva: Şəhid ailələri və müharibə əlillərinə qayğı daim Azərbaycan dövlətinin diqqəti mərkəzindədir

248
0
SHARE

“Şəhid ailələri və müharibə əlillərinə qayğı daim Azərbaycan dövlətinin diqqəti mərkəzindədir. Onların mənzil-məişət və iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi göstərilən qayğının əyani təzahürləridir”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyevabildirib ki, Prezident İlham Əliyevin imzaladığı birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair yeni Fərmanı həm dövlət başçısının Qarabağ müharibəsi əlillərinə, onlardan vəfat etmiş şəxslərin ailələrinə xüsusi diqqət və qayğısını göstərir, həm də aparılan uğurlu sosial islahatların yeni mərhələsi hesab olunur: “Fərmanla 1997-ci il avqustun 2-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərə birdəfəlik ödəmə veriləcək.Onlara I dərəcə əlilliyə görə8 800 manat,II dərəcə əlilliyə görə6 600 manatvəIII dərəcə əlilliyə görə4 400 manat nağdsız qaydada ödəniləcək. Heç şübhəsiz ki, Qarabağ müharibəsi əlilləri ilə bağlı çox humanist, qayğıkeş və ədalətli bir addım olan bu sözügedən birdəfəlik ödəmə Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə, yəni,17-20 min ailəyə, ümumilikdə isə 100 minədək insanın rifahına birbaşa böyük dəstəkdir.Ona görə də, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri, qazilər Prezidentin Qarabağ müharibəsi əlillərinə qayğıkeş münasibətini təqdir edirlər”.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ardıcıllığının nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə həllini tapır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin imzaladığı Fərman bu kateqoriyadan olan ilk dəstək deyil və bu gün müharibə əlilləri bütün sahələrdə dövlət başçısının xüsusi qayğısı ilə əhatə olunub: “Onlara müavinətlər, təqaüdlər verilir və bu ödənişlər təkcə son üç ildə 3 dəfə artırılıb. 2021-ci ilin əvvəlində də artımlar olub və bu günlərdə imzalanan Fərmanlarla da əlillərin müavinətləri artırılıb. Eyni zamanda, şəhid ailələri ilə yanaşı, müharibə əlilləri mənzil və fərdi evlə təmin olunurlar. Dövlət başçısının xüsusi qayğısı ilə onların mənzillə təminatı proqramı bu il 5 dəfə genişlənib. 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutulub. 2021-ci ildə artıq 2800, ümumən ötən dövrdə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Həmçinin, müharibə əlillərinə 2021-ci ildə 164, ötən dövrdə 7400 avtomobil verilib. Bir sözlə, bütün bunlar bir daha onu göstərir ki, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir”.