Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Mövzusu “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” elmi-praktik konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Mərkəzi Aparatının təmsilçiləri, partiyanın Idarə Heyətinin üzvləri, dövlət və hökumət qurumlarının rəhbər işçiləri, YAP-dan olan deputatlar, elm və təhsil müəssisələrinin, həmçinin media nümayəndələri iştirak edirlər.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevin moderatorluq etdiyi elmi-praktik konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın yeni reallıqlar şəraitində praqmatik dövlət siyasətini həyata keçirdiyini bildirib. Bu reallıqların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində yarandığını vurğulayıb. Qeyd edib ki, son bir ildə bölgədə hökm sürən hazırki status-kvonu yaratmaqla bərabər, xalqımıza tarixi ərzində yenidən öz gücünə inamı qaytaran da Prezident, Müzəffər Ali Baş Komandanımızın müdrik dövlətçilik siyasəti və sərkərdəlik istedadı olub.
Konfrans davam edir.