Home Biznes və iqtisadiyyat xəbərləri Zəngəzur dəhlizinin açılması şübhəsizdir – YAP sədrinin müavini

Zəngəzur dəhlizinin açılması şübhəsizdir – YAP sədrinin müavini

160
0
SHARE

Azərbaycanın geosiyasi iradəsi və strateji təşəbbüsü nəticəsində yaradılacaq Zəngəzur dəhlizi Cənubi Qafqazın yeni simada dünyaya açılmasına imkan verəcək.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” elmi-praktik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəhlizin reallaşması təkcə regionumuza deyil, Asiyadan Avropaya doğru geniş coğrafi məkanda, həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar kontekstdə əlaqələrin güclənməsinə töhfə verə biləcək.

“Azərbaycan kommunikasiyaların bərpası ilə bağlı prinsipial mövqe ortaya qoyub. Şübhəsiz ki, bu dəhliz açılacaq. Həm ölkəmiz, həm region ölkələri, həm də regiondankənar ölkələr yeni əməkdaşlıq platformasından faydalana biləcəklər” – T.Budaqov deyib.