Home Cəmiyyət Millət vəkili, şair-publisist Musa Urudun kitablarının təqdimatı keçirildi (FOTO) (VİDEO)

Millət vəkili, şair-publisist Musa Urudun kitablarının təqdimatı keçirildi (FOTO) (VİDEO)

1028
0
SHARE

Bu gün 25 dekabr 2021-cil tarixində Azərkitab-da Millət vəkili, şair-publisist Musa Urudun “Zəngəzur toponimləri”, “Uruda iki səfər”, “Zəngəzur”, “Çin səfəri” kitablarının təqdimatı və imza günü keçirilmişdir. Tədbirdə millət vəkilləri, şair və yazıçılar və digər qonaqlar iştirak etmişlər.

Tədbiri giriş nitqi ilə açan Millət vəkili Hikmət Babaoğlu bildirdi ki, Musa Urud yaradıcılığı Azərbaycan ədəbiyyatında, söz sənətində xüsusi, özünəməxsus yerə malikdir. Kitabların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu kitablar tariximizin gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Kitabları oxuyarkən sanki Zəngəzura, Dərələyəzə, Urud kəndinə səfər edirsən. İnsanın o torpaqlar gözündə canlanır. Bu kitabları yazan insan o qədər böyük ürəyə sahibdir ki, onun qəlbində Şərqi, Qərbi Zəngəzur sevdası illərlə kök salıb.

Daha sonra xalq şairi Nəriman Həsənzadə, millət vəkilləri Arzu Nağıyev, Məlahət İbrahimqızı, Naqif Həmzəyev, Ramin Məmmədov, Azay Quliyev, Fazil Mustafa və digərləri çıxış edərək Musa Urud yaradıcılığı və kitabları haqqında fikirlərini bölüşüblər.

Ümummilli lider Heydər Əliyevin siyasətinə gənc yaşlarından sadiq olan Musa Urudun fəaliyyəti Azərbaycanın hüdudlarını aşır. Belə ki, o Azərbaycanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) lazımınca təmsil edir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev Musa Urudun böyük azərbaycanlı olmasından, qəlbində kök salan həqiqi Vətən sevdasından bəhs edib.

Tədbirdə Musa Urud çıxışı zamanı çox önəmli məsələlərə toxunub, xatirələrini dilə gətirib. Belə ki, Musa Urud əvvəla qeyd etdi ki, kitabların təqdimatının Cənab Prezident, Müzəffər Ali Baş Komandanın 60 illik yubileyinə təsadüf etməsi olduqca qürurverici, sevindirici hadisədir. O, cənab Prezident İlham Əliyevin dekabrın 24-də Şuşada Cıdır düzündə çıxışı zamanı səsləndirdiyi “50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda – bu dəfə Şuşada keçirirəm.” fikirlərinə diqqət çəkərək bildirib ki, vaxt gələcək xoş günlərimizi Qərbi Zəngəzurda, o cümlədən Urudda qeyd edəcəyik. Musa Urud tədbir iştirakçıları adından, öz adından, Azərbaycan xalqı adından dövlət başçımızı 60 illik yubileyi münasibətilə təbrik edib, ən xoş arzularını bildirib, yorulmaz fəaliyyətində uğurlar arzu edib. Musa Urud əminliklə bildirib ki, bütün Azərbaycan xalqı illər ərzində cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə inandı və dövlət başçımız da xalqının ümidlərini doğrultdu. Bu gün Azərbaycan sürətlə qüdrətlənir. Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözləri özünü hər zaman doğruldub. Bu baxımdan da Ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə icra edən cənab Prezident İlham Əliyevə xalqımız bu gün də inanır, yürütdüyü siyasəti dəstəkləyir, onun ətrafında sıx birləşib.

Bütün dünyaya məlumdur ki, ermənilərin tarix boyu Azərbaycan torpaqlarında gözü olub, torpaqlarımızı zəbt ediblər. Musa Urud beynəlxalq tədbirlərdə iştirakı zamanı Ermənistanın nümayəndə heyəti ilə Qarabağ ətrafında müzakirələrindən, Qarabağın əzəli Azərbaycan torpağı olması barəsində erməniləri tarixi faktlarla susdurmasından danışdı. Xoş təəssüratlarla dolu olan tədbir imza mərasimi ilə yekunlaşmışdır.

Tədbirdən yadda qalan məqamları foto və videolarla təqdim edirik: