Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

235
0
SHARE

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 20 989 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 047, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 554, buster doza üzrə vaksinasiya olunanların sayı isə 16 388 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 224 584, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 157 954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 662 012, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 404 618 təşkil edir.